Surə 36 Ya Sin, ayə 68 – 83

  1. وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ

    Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?!

    36:68
  2. وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ

    Biz (Muhəmmədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,

    36:69
  3. لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

    diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.

    36:70
  4. أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

    Məgər onlar görmürlər ki, Biz onlar üçün, sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?!

    36:71
  5. وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ

    Bu mal-qaranı onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər.

    36:72
  6. وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ

    Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də var. Yenə də şükür etməyəcəklərmi?!

    36:73
  7. وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ

    (Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun.

    36:74
  8. لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ

    (O məbudlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki onlar bunlar üçün hazır durmuş əsgərlərdir.

    36:75
  9. فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

    Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.

    36:76
  10. أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

    Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.

    36:77
  11. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ

    O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: «Çürümüş sümükləri kim dirildə bilər?»

    36:78
  12. قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

    De: «Onları ilk dəfə yaradan (Allah) Özü dirildəcək. O, hər bir məxluqu yaxşı tanıyır.

    36:79
  13. الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ

    O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız».

    36:80
  14. أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ

    Göyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur.

    36:81
  15. إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

    Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: «Ol!» deyər, o da olar.

    36:82
  16. فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ

    Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.

    36:83

Tərcümə: Əlixan Musayev