Surə 36 Ya Sin
-
وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ
Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
36:41 -
وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ
Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.
36:42 -
وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ
Əgər istəsək, onları (suya) qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
36:43 -
إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ
Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
36:44 -
وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ
Onlara: «Önünüzdə olandan və arxanızca gələndən [dünyada və axirətdə olan] (əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!» – deyildikdə (üz çevirirlər).
36:45 -
وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər.
36:46 -
وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ
Onlara: «Allahın sizə verdiyi ruzidən sərf edin!» – deyildikdə, kafirlər möminlərə deyirlər: «Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz».
36:47 -
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
Onlar: «Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?» – deyə soruşurlar.
36:48 -
مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
36:49 -
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ
Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
36:50 -
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ
Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
36:51 -
قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ
Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş».
36:52 -
إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ
Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
36:53 -
فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
36:54 -
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ
Həqiqətən, Cənnət o gün əhli kef çəkməklə məşğul olacaq.
36:55 -
هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
36:56 -
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ
Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
36:57 -
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ
Üstəlik, Rəhmli Rəbb (onlara): «Salam» deyəcək.
36:58 -
وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
«Bu gün (möminlərdən) ayrılın, ey günahkarlar!
36:59 -
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
36:60
Tərcümə: Əlixan Musayev