Surə 38 Sad, ayə 30 – 40
-
وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim (Allaha) üz tutardı.
38:30 -
إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ
Bir dəfə axşam çağı ona (üç ayağı üstündə durub bir ayağının) dırnağını yerə vuran, qaçağan atlar göstərildi.
38:31 -
فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ
(Süleyman) dedi: «Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – (atlar məni əsr namazından yayındırdı)».
38:32 -
رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ
(Süleyman): «Onları yanıma qaytarın!» – dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı.
38:33 -
وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ
Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
38:34 -
قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ
O dedi: «Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.
38:35 -
فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ
Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi.
38:36 -
وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ
Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları
38:37 -
وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ
və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)
38:38 -
هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
(və buyurduq:) «Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır».
38:39 -
وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
38:40
Tərcümə: Əlixan Musayev