Surə 41 Fussilət, ayə 1 – 8

  1. حم

    Ha. Mim.

    41:1
  2. تَنْزِيلٌ مِنَ الرَّحْمَٰنِ الرَّحِيمِ

    (Bu,) Mərhəmətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir.

    41:2
  3. كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ

    Anlaya bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır.

    41:3
  4. بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

    O, həm müjdə verən, həm də qorxudandır. Lakin onların əksəriyyət üz çevirib dinləməz.

    41:4
  5. وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ

    Onlar deyirlər: «Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda karlıq var və bizimlə sənin arana örtük çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!»

    41:5
  6. قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ

    De: «Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!

    41:6
  7. الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

    O kəslər ki, zəkat vermir və axirəti inkar edirlər.

    41:7
  8. إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

    İman gətirib yaxşı əməllər edənləri tükənməz nemətlər gözləyir».

    41:8

Tərcümə: Əlixan Musayev