Surə 44 Əd-Duxan (Duxan), ayə 30 – 42

  1. وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ

    Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

    44:30
  2. مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ

    Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.

    44:31
  3. وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ

    Biz (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün etdik.

    44:32
  4. وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ

    Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

    44:33
  5. إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ

    Bunlar mütləq deyəcəklər:

    44:34
  6. إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ

    «Bizim ancaq bircə ölümümüz var. Biz (bir daha) dirildilməyəcəyik.

    44:35
  7. فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ

    Əgər doğru deyirsinizsə, onda atalarımızı (dirildib) gətirin!»

    44:36
  8. أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ

    Bunlar üstündür, yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.

    44:37
  9. وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

    Biz göyləri, yeri və onların arasında olanları əyləncə yaratmadıq.

    44:38
  10. مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

    Biz onları haqq olaraq yaratdıq, lakin onların çoxu (bunu) bilmir.

    44:39
  11. إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ

    Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

    44:40
  12. يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ

    O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.

    44:41
  13. إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

    44:42

Tərcümə: Əlixan Musayev