Surə 45 Əl-Casiyə (Casiyə), ayə 1 – 6

  1. حم

    Ha. Mim.

    45:1
  2. تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

    Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

    45:2
  3. إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِلْمُؤْمِنِينَ

    Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər var.

    45:3
  4. وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَابَّةٍ آيَاتٌ لِقَوْمٍ يُوقِنُونَ

    Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda, yəqinliklə iman gətirmiş insanlar üçün dəlillər var.

    45:4
  5. وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ

    Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşünən insanlar üçün dəlillər var.

    45:5
  6. تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ

    Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!

    45:6

Tərcümə: Əlixan Musayev