Surə 45 Əl-Casiyə (Casiyə), ayə 22 – 26

  1. وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

    Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcək.

    45:22
  2. أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ

    Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Allah (Öz əzəli) elmi sayəsində onu zəlalətə salmış, qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Məgər düşünüb anlamırsınız?!

    45:23
  3. وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ

    Onlar dedilər: «(Həyat) ancaq bizim dünya həyatımızdır. (Kimimiz) ölür, (kimimiz də) doğulur. Bizi öldürən ancaq zamandır». Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.

    45:24
  4. وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَا كَانَ حُجَّتَهُمْ إِلَّا أَنْ قَالُوا ائْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ

    Ayələrimiz onlara aydın oxunduğu zaman onların dəlili: «Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!» – deməkdən başqa bir şey deyildi.

    45:25
  5. قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

    De: «Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq». Lakin insanların çoxu (bunu) bilmir.

    45:26

Tərcümə: Əlixan Musayev