Surə 47 Muhəmməd, ayə 4 – 6

  1. فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ

    (Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.

    47:4
  2. سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

    (Allah) onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq

    47:5
  3. وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

    və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcək.

    47:6

Tərcümə: Əlixan Musayev