Surə 50 Qaf, ayə 31 – 35

  1. وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ

    Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq.

    50:31
  2. هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ

    Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,

    50:32
  3. مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ

    Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.

    50:33
  4. ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ

    Ora salamatlıqla daxil olun! Bu, əbədiyyət günüdür.

    50:34
  5. لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ

    Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı – (Allahı görmək) var.

    50:35

Tərcümə: Əlixan Musayev