Surə 52 Ət-Tur ((Dağ) Tur), ayə 1 – 28

  1. وَالطُّورِ

    And olsun Tur dağına!

    52:1
  2. وَكِتَابٍ مَسْطُورٍ

    And olsun yazılmış Kitaba –

    52:2
  3. فِي رَقٍّ مَنْشُورٍ

    nazik dəri üzərində (olan Kitaba)!

    52:3
  4. وَالْبَيْتِ الْمَعْمُورِ

    And olsun Beytulməmura!

    52:4
  5. وَالسَّقْفِ الْمَرْفُوعِ

    And olsun yüksək tavana!

    52:5
  6. وَالْبَحْرِ الْمَسْجُورِ

    And olsun alovlanan dənizə!

    52:6
  7. إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ

    Rəbbinin əzabı hökmən vaqe olacaq.

    52:7
  8. مَا لَهُ مِنْ دَافِعٍ

    Heç nə onun qarşısını ala bilməz.

    52:8
  9. يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا

    O gün göy şiddətlə sarsılacaq,

    52:9
  10. وَتَسِيرُ الْجِبَالُ سَيْرًا

    dağlar da hərəkətə gələcək.

    52:10
  11. فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

    O gün vay halına (haqqı) yalan sayanların!

    52:11
  12. الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ

    O kəslər ki, yalan bataqlığında əylənirlər.

    52:12
  13. يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

    O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar.

    52:13
  14. هَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ

    (Onlara deyiləcək:) «Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!

    52:14
  15. أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنْتُمْ لَا تُبْصِرُونَ

    Bəlkə bu da sehrdir, yoxsa görmürsünüz?

    52:15
  16. اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ

    Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir».

    52:16
  17. إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ

    Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olcaqlar.

    52:17
  18. فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ

    Rəbbinin onlara bəxş etdiyi (nemətlərə) sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas edəcək.

    52:18
  19. كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ

    (Onlara deyiləcək:) «Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!»

    52:19
  20. مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ

    Onlar səflərlə düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik.

    52:20
  21. وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ

    Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

    52:21
  22. وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ

    Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.

    52:22
  23. يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ

    Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə boşboğazlığa, nə də günaha təhrik edəcək.

    52:23
  24. وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ

    Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

    52:24
  25. وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

    Onlar bir-birinə üz tutub soruşacaqlar.

    52:25
  26. قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ

    Onlar deyəcəklər: «Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq.

    52:26
  27. فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ

    Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.

    52:27
  28. إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ

    Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!»

    52:28

Tərcümə: Əlixan Musayev