Surə 54 Əl-Qamər (Qamər), ayə 1 – 7
-
اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ
(Qiyamət) saatı yaxınlaşdı və ay yarıldı.
54:1 -
وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ
Onlar bir möcüzə gördükdə üz döndərib: «(Bu,) davam edən bir sehrdir» deyirlər.
54:2 -
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ
Onlar haqqı yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş bərqərar olacaq.
54:3 -
وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ
Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbər gəlmişdir.
54:4 -
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ
Bu, böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!
54:5 -
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ
Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
54:6 -
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ
onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
54:7
Tərcümə: Əlixan Musayev