Surə 54 Əl-Qamər (Qamər), ayə 9 – 15
-
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ
Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: «O, dəlidir!» – dedilər və ona hədə-qorxu gəldilər.
54:9 -
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ
O, Rəbbinə yalvarıb: «Məni üstələdilər! (Mənə) kömək et!» – dedi.
54:10 -
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ
Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
54:11 -
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ
Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
54:12 -
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
54:13 -
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ
İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
54:14 -
وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ
Biz (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
54:15
Tərcümə: Əlixan Musayev