Surə 56 Əl-Vaqiə (Vaqiə), ayə 75 – 96

  1. فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ

    Ulduzların batdığı yerlərə and olsun!

    56:75
  2. وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ

    Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.

    56:76
  3. إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ

    Həqiqətən, bu, ehtirama layiq Qurandır,

    56:77
  4. فِي كِتَابٍ مَكْنُونٍ

    qorunub saxlanılan kitabdadır [lövhi-məhfuzdadır].

    56:78
  5. لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

    Ona yalnız pak olanlar toxunur.

    56:79
  6. تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ

    O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

    56:80
  7. أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ

    Siz bu kəlamı yalan sayırsınız?!

    56:81
  8. وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ

    Sizə verilən ruziyə (şükür etməyi), onu yalan saymaqla yerinə yetirirsiniz?!

    56:82
  9. فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ

    (Can) boğaza yetişdiyi zaman –

    56:83
  10. وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ

    həmin an siz (can verən adama) baxırsınız.

    56:84
  11. وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ

    Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.

    56:85
  12. فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ

    Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız

    56:86
  13. تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ

    və doğru danışanlarsınız, onda, o canı geri qaytarın.

    56:87
  14. فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ

    Amma əgər o, (Allaha) yaxın olanlardandırsa,

    56:88
  15. فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

    onda o, rahatlığa, gözəl ruziyə və Nəim bağına yetişər.

    56:89
  16. وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ

    Əgər o, sağ tərəf sahiblərindəndirsə,

    56:90
  17. فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ

    (ona): «Sağ tərəf sahiblərindən sənə salam olsun!» – (deyiləcək).

    56:91
  18. وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ

    Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,

    56:92
  19. فَنُزُلٌ مِنْ حَمِيمٍ

    (onun) ziyafəti qaynar su olacaq,

    56:93
  20. وَتَصْلِيَةُ جَحِيمٍ

    özü də Cəhənnəmdə yanacaq.

    56:94
  21. إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ

    Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

    56:95
  22. فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

    Elə isə əzəmətli Rəbbinin adına təriflər de!

    56:96

Tərcümə: Əlixan Musayev