Surə 73 Əl-Muzzəmmil (Muzzəmmil), ayə 1 – 20
-
يَا أَيُّهَا الْمُزَّمِّلُ
Ey (libasına) bürünmüş (peyğəmbər)!
73:1 -
قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا
Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur!
73:2 -
نِصْفَهُ أَوِ انْقُصْ مِنْهُ قَلِيلًا
(Gecənin) yarısını, yaxud ondan bir az əskilt,
73:3 -
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا
və ya ona artır. Quranı da aramla oxu!
73:4 -
إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا
Həqiqətən, Biz sənə ağır bir Söz – (Quran) vəhy edəcəyik.
73:5 -
إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا
Sözsüz ki, gecə qalxmaq çox çətin və (Quran) oxumaq daha münasibdir.
73:6 -
إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.
73:7 -
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا
Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
73:8 -
رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!
73:9 -
وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا
(Müşriklərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
73:10 -
وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا
Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
73:11 -
إِنَّ لَدَيْنَا أَنْكَالًا وَجَحِيمًا
Həqiqətən, Bizdə (onlar üçün) qandallar və Cəhənnəm hazırlanmışdır,
73:12 -
وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا
boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da v(ardır).
73:13 -
يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَهِيلًا
O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək.
73:14 -
إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا
Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.
73:15 -
فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا
Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
73:16 -
فَكَيْفَ تَتَّقُونَ إِنْ كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا
Əgər küfr etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək gündən necə qorunacaqsınız?
73:17 -
السَّمَاءُ مُنْفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا
(O gün) göy parçalanacaq. (Allahın) vədi mütləq yerinə yetəcək.
73:18 -
إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
73:19 -
إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisinə yaxın qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi bildiyi üçün, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
73:20
Tərcümə: Əlixan Musayev