Surə 74 Əl-Muddəssir (Muddəssir), ayə 1 – 31

  1. يَا أَيُّهَا الْمُدَّثِّرُ

    Ey (libasına) örtünmüş (peyğəmbər)!

    74:1
  2. قُمْ فَأَنْذِرْ

    Qalx və (insanları) xəbərdar et!

    74:2
  3. وَرَبَّكَ فَكَبِّرْ

    Təkcə Rəbbini uca tut!

    74:3
  4. وَثِيَابَكَ فَطَهِّرْ

    Geyimini təmiz saxla!

    74:4
  5. وَالرُّجْزَ فَاهْجُرْ

    Pis şeyləri tərk et!

    74:5
  6. وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ

    Yaxşılığı təmənna məqsədilə etmə!

    74:6
  7. وَلِرَبِّكَ فَاصْبِرْ

    Rəbbin üçün səbir et!

    74:7
  8. فَإِذَا نُقِرَ فِي النَّاقُورِ

    Sur üfürülərkən –

    74:8
  9. فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

    Çətin bir gün olacaq.

    74:9
  10. عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ

    (Həmin gün) kafirlərə asan olmayacaq.

    74:10
  11. ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا

    Məni yaratdığım kimsə ilə tək burax;

    74:11
  12. وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا

    Mən ona çoxlu var-dövlət bağışladım,

    74:12
  13. وَبَنِينَ شُهُودًا

    qayğısına qalan oğullar (verdim)

    74:13
  14. وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا

    və onu hər cür imkanlarla təmin etdim.

    74:14
  15. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

    (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır.

    74:15
  16. كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا

    Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.

    74:16
  17. سَأُرْهِقُهُ صَعُودًا

    Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.

    74:17
  18. إِنَّهُ فَكَّرَ وَقَدَّرَ

    Çünki o, fikirləşərək qərara gəldi.

    74:18
  19. فَقُتِلَ كَيْفَ قَدَّرَ

    Ona ölüm olsun! Necə qərara gəldi?!

    74:19
  20. ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ

    Sonra (yenə) ona ölüm olsun! Gör nə qərara gəldi?!

    74:20
  21. ثُمَّ نَظَرَ

    Sonra o nəzər saldı.

    74:21
  22. ثُمَّ عَبَسَ وَبَسَرَ

    Üz-gözünü turşudub qaşqabağını tökdü.

    74:22
  23. ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ

    Sonra da arxasını çevirib təkəbbür göstərdi

    74:23
  24. فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ

    və dedi: «Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyil!

    74:24
  25. إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ

    Bu, adi insan kəlamıdır!

    74:25
  26. سَأُصْلِيهِ سَقَرَ

    Mən onu Səqərə salacağam.

    74:26
  27. وَمَا أَدْرَاكَ مَا سَقَرُ

    Sən haradan biləsən ki, Səqər nədir?!

    74:27
  28. لَا تُبْقِي وَلَا تَذَرُ

    O, kimsəni (sağ-salamat) buraxmaz,

    74:28
  29. لَوَّاحَةٌ لِلْبَشَرِ

    dərini yandırıb-yaxar.

    74:29
  30. عَلَيْهَا تِسْعَةَ عَشَرَ

    Onun üzərində on doqquz (gözətçi mələk) var.

    74:30
  31. وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

    Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquz) etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: «Allah bu məsəllə nə demək istəyir?» – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.

    74:31

Tərcümə: Əlixan Musayev