Surə 74 Əl-Muddəssir (Muddəssir), ayə 11 – 15

  1. ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا

    Məni yaratdığım kimsə ilə tək burax;

    74:11
  2. وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا

    Mən ona çoxlu var-dövlət bağışladım,

    74:12
  3. وَبَنِينَ شُهُودًا

    qayğısına qalan oğullar (verdim)

    74:13
  4. وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا

    və onu hər cür imkanlarla təmin etdim.

    74:14
  5. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

    (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır.

    74:15

Tərcümə: Əlixan Musayev