Surə 75 Əl-Qiyamə (Qiyamə), ayə 1 – 30

  1. لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ

    And içirəm Qiyamət gününə!

    75:1
  2. وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ

    And içirəm peşmançılıq çəkən nəfsə!

    75:2
  3. أَيَحْسَبُ الْإِنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ

    İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.

    75:3
  4. بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ

    Mütləq (yığacağıq)! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.

    75:4
  5. بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ

    Lakin insan (bundan sonra da) günah etmək fikrindədir.

    75:5
  6. يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ

    O: «Qiyamət günü nə vaxt olacaq!» – deyə (rişxəndlə) soruşur.

    75:6
  7. فَإِذَا بَرِقَ الْبَصَرُ

    Gözlər bərələ qalacağı,

    75:7
  8. وَخَسَفَ الْقَمَرُ

    ay tutulacağı

    75:8
  9. وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ

    və günəşlə ayın qovuşacağı zaman –

    75:9
  10. يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ

    o gün insan deyəcək: «Hara qaçaq?»

    75:10
  11. كَلَّا لَا وَزَرَ

    Xeyr, (o gün) pənah aparılacaq yer tapılmayacaq.

    75:11
  12. إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ

    O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaq.

    75:12
  13. يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ

    O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcək.

    75:13
  14. بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ

    Əslində, insan öz əleyhinə şahidlik edəcək –

    75:14
  15. وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ

    üzrlü olduğu bütün halları ortaya qoysa da.

    75:15
  16. لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ

    (Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!

    75:16
  17. إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ

    Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir.

    75:17
  18. فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ

    Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.

    75:18
  19. ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ

    Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir.

    75:19
  20. كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ

    Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı) sevir,

    75:20
  21. وَتَذَرُونَ الْآخِرَةَ

    Axirətdən isə uzaqlaşırsınız.

    75:21
  22. وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ

    O gün (bir çox) üzlər parlayacaq

    75:22
  23. إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

    və öz Rəbbinə baxacaqdır.

    75:23
  24. وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ

    O gün (bir çox) üzlər də tutulub qaralacaq

    75:24
  25. تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ

    və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

    75:25
  26. كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ

    Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;

    75:26
  27. وَقِيلَ مَنْ ۜ رَاقٍ

    «Kim (onu) dua ilə müalicə edə bilər?» – deyiləcək.

    75:27
  28. وَظَنَّ أَنَّهُ الْفِرَاقُ

    (Can verən adam) (dünya həyatından) ayrıldığını yəqin edəcəyi

    75:28
  29. وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ

    və ayaq ayağa dolaşacağı zaman –

    75:29
  30. إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ

    o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.

    75:30

Tərcümə: Əlixan Musayev