Surə 76 Əl-İnsan (İnsan), ayə 1 – 22

  1. هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا

    Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

    76:1
  2. إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

    Biz insanı qarışıq nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

    76:2
  3. إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

    Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

    76:3
  4. إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا

    Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

    76:4
  5. إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا

    Sözsüz ki, yaxşılar kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.

    76:5
  6. عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا

    (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.

    76:6
  7. يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا

    Onlar vəd etdikləri nəziri verər və dəhşəti (hər yeri) sarsıdacaq gündən qorxarlar.

    76:7
  8. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

    Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə, əsirə verər

    76:8
  9. إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا

    (və deyərlər): «Biz sizi yalnız Allahın Üzü xatirinə [ixlasla, savabını Allahdan umaraq] yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!

    76:9
  10. إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

    Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!»

    76:10
  11. فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا

    Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;

    76:11
  12. وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا

    onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları) (orada geyəcəkləri) ipəklə mükafatlandırar.

    76:12
  13. مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا

    (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görəcəklər.

    76:13
  14. وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا

    (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.

    76:14
  15. وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا

    Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.

    76:15
  16. قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا

    Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər) onları (cənnətdəkilərin) içmək istədikləri həcmdə hazırlamışlar.

    76:16
  17. وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا

    Orada onlara zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcək.

    76:17
  18. عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا

    (Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır.

    76:18
  19. وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا

    Onların ətrafında həmişə gənc olan (xidmətçilər) dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.

    76:19
  20. وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا

    (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən.

    76:20
  21. عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا

    Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcək.

    76:21
  22. إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا

    (Onlara deyiləcək): «Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir».

    76:22

Tərcümə: Əlixan Musayev