Surə 76 Əl-İnsan (İnsan), ayə 11 – 22
-
فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
76:11 -
وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا
onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları) (orada geyəcəkləri) ipəklə mükafatlandırar.
76:12 -
مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا
(Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görəcəklər.
76:13 -
وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا
(Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
76:14 -
وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا
Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
76:15 -
قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا
Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər) onları (cənnətdəkilərin) içmək istədikləri həcmdə hazırlamışlar.
76:16 -
وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا
Orada onlara zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcək.
76:17 -
عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا
(Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır.
76:18 -
وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا
Onların ətrafında həmişə gənc olan (xidmətçilər) dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
76:19 -
وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا
(Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən.
76:20 -
عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcək.
76:21 -
إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا
(Onlara deyiləcək): «Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir».
76:22
Tərcümə: Əlixan Musayev