Surə 76 Əl-İnsan (İnsan), ayə 23 – 31

  1. إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا

    Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

    76:23
  2. فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا

    Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!

    76:24
  3. وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا

    Səhər-axşam Rəbbinin adını zikr et!

    76:25
  4. وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا

    Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!

    76:26
  5. إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا

    Həqiqətən, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) ağır günə etinasız yanaşırlar.

    76:27
  6. نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا

    Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.

    76:28
  7. إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا

    Həqiqətən, bu bir ibrətdir. Kim istəsə Rəbbinə doğru aparan bir yol tutar.

    76:29
  8. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

    Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

    76:30
  9. يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا

    O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.

    76:31

Tərcümə: Əlixan Musayev