Surə 78 Ən-Nəbə (Nəbə), ayə 21 – 30
-
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.
78:21 -
لِلطَّاغِينَ مَآبًا
O, həddi aşanların qayıdacağı yerdir.
78:22 -
لَابِثِينَ فِيهَا أَحْقَابًا
Onlar orada əsrlər boyu qalacaqlar.
78:23 -
لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
Onlar orada nə bir sərinlik, nə də (sərinləşdirici) içki dadacaqlar.
78:24 -
إِلَّا حَمِيمًا وَغَسَّاقًا
(İçdikləri) yalnız qaynar su və irin (olacaq) –
78:25 -
جَزَاءً وِفَاقًا
(etdikləri əməllərə) uyğun bir cəza kimi.
78:26 -
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا
Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər.
78:27 -
وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا
Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
78:28 -
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا
Biz hər bir şeyi hesablayıb yazmışıq.
78:29 -
فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا
Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
78:30
Tərcümə: Əlixan Musayev