Surə 78 Ən-Nəbə (Nəbə), ayə 37 – 40

  1. رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا

    Göylərin, yerin və onların arasında olanların Rəbbi ər-Rəhmanın (mükafatdır). Onlar (Allahın) hüzurunda bir söz deməyə qadir olmayacaqlar.

    78:37
  2. يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا

    Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq.

    78:38
  3. ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا

    O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!

    78:39
  4. إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا

    Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: «Kaş mən torpaq olaydım!»

    78:40

Tərcümə: Əlixan Musayev