Surə 7 Əl-Əraf (Əraf), ayə 115 – 126

  1. قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ نَحْنُ الْمُلْقِينَ

    (Sehrbazlar) dedilər: «Ey Musa! Ya sən (əsanı birinci) at, ya da biz (əlimizdəkiləri) ataq!»

    7:115
  2. قَالَ أَلْقُوا ۖ فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَاسْتَرْهَبُوهُمْ وَجَاءُوا بِسِحْرٍ عَظِيمٍ

    (Musa) dedi: «Siz (əvvəl) atın!» Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.

    7:116
  3. وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

    Biz Musaya: «Əsanı (yerə) at!» – deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu.

    7:117
  4. فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوا يَعْمَلُونَ

    Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.

    7:118
  5. فَغُلِبُوا هُنَالِكَ وَانْقَلَبُوا صَاغِرِينَ

    (Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər.

    7:119
  6. وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

    Sehrbazlar səcdəyə qapandılar.

    7:120
  7. قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

    Onlar dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik –

    7:121
  8. رَبِّ مُوسَىٰ وَهَارُونَ

    Musa və Harunun Rəbbinə!»

    7:122
  9. قَالَ فِرْعَوْنُ آمَنْتُمْ بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌ مَكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ

    Firon dedi: «Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz.

    7:123
  10. لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

    Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm».

    7:124
  11. قَالُوا إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ

    Onlar dedilər: «Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq.

    7:125
  12. وَمَا تَنْقِمُ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِآيَاتِ رَبِّنَا لَمَّا جَاءَتْنَا ۚ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

    Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür».

    7:126

Tərcümə: Əlixan Musayev