Surə 7 Əl-Əraf (Əraf), ayə 44 – 50
-
وَنَادَىٰ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا ۖ قَالُوا نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ
Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: «Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?» Onlar: «Bəli!» – deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: «Allahın lənəti olsun zalımlara!
7:44 -
الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ
O kəslərə ki, (insanları) Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər».
7:45 -
وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَنْ سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ
Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: «Sizə salam olsun!» deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
7:46 -
وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: «Ey Rəbbimiz, bizi zalımlara tay tutma!»
7:47 -
وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُمْ بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنْكُمْ جَمْعُكُمْ وَمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ
Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: «Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi».
7:48 -
أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنْتُمْ تَحْزَنُونَ
«Allah onlara mərhəmət nəsib etməyəcək» – deyə (barəsində) and içdiyiniz kəslər bunlardırmı?» (Sədd əhlinə deyiləcəkdir:) «Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz».
7:49 -
وَنَادَىٰ أَصْحَابُ النَّارِ أَصْحَابَ الْجَنَّةِ أَنْ أَفِيضُوا عَلَيْنَا مِنَ الْمَاءِ أَوْ مِمَّا رَزَقَكُمُ اللَّهُ ۚ قَالُوا إِنَّ اللَّهَ حَرَّمَهُمَا عَلَى الْكَافِرِينَ
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: «Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün». Onlar isə deyəcəklər: «Allah bunları kafirlərə haram etmişdir».
7:50
Tərcümə: Əlixan Musayev