Surə 7 Əl-Əraf (Əraf), ayə 80 – 84
-
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: «Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?
7:80 -
إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
Siz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən, siz, həddi aşmış adamlarsınız».
7:81 -
وَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوهُمْ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ
Onun qövmünün cavabı: «Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır» – deməkdən başqa bir şey olmamışdı.
7:82 -
فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.
7:83 -
وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
Biz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
7:84
Tərcümə: Əlixan Musayev