Surə 89 Əl-Fəcr (Fəcr), ayə 1 – 9

  1. وَالْفَجْرِ

    And olsun dan yerinə!

    89:1
  2. وَلَيَالٍ عَشْرٍ

    And olsun on gecəyə!

    89:2
  3. وَالشَّفْعِ وَالْوَتْرِ

    And olsun cütə və təkə!

    89:3
  4. وَاللَّيْلِ إِذَا يَسْرِ

    And olsun keçib getməkdə olan gecəyə!

    89:4
  5. هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ

    Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?

    89:5
  6. أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

    Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə),

    89:6
  7. إِرَمَ ذَاتِ الْعِمَادِ

    sütunlar sahibi İrəm (qəbiləsinə) –

    89:7
  8. الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ

    halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi;

    89:8
  9. وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ

    (Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)?

    89:9

Tərcümə: Əlixan Musayev