Surə 90 Əl-Bələd (Bələd)

  1. لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ

    And içirəm bu şəhərə [Məkkəyə]!

    90:1
  2. وَأَنْتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ

    Sən də o şəhərin sakinisən.

    90:2
  3. وَوَالِدٍ وَمَا وَلَدَ

    And olsun valideynə və onun törəməsinə!

    90:3
  4. لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ

    Biz insanı çətinlik içində xəlq etdik.

    90:4
  5. أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ

    O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?!

    90:5
  6. يَقُولُ أَهْلَكْتُ مَالًا لُبَدًا

    O deyir: «Mən çoxlu var-dövlət sərf etmişəm!»

    90:6
  7. أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ

    O, heç kəsin onu görməyəcəyinimi zənn edir?!

    90:7
  8. أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ

    Biz ona iki göz vermədikmi?!

    90:8
  9. وَلِسَانًا وَشَفَتَيْنِ

    Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!

    90:9
  10. وَهَدَيْنَاهُ النَّجْدَيْنِ

    Ona iki yolu – (doğru və əyri yolu) göstərmədikmi?!

    90:10
  11. فَلَا اقْتَحَمَ الْعَقَبَةَ

    Fəqət o, sərt yoxuşu aşa biləmədi.

    90:11
  12. وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ

    Sən nə bilirsən ki, sərt yoxuş nədir?

    90:12
  13. فَكُّ رَقَبَةٍ

    O, bir kölə azad etməkdir

    90:13
  14. أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ

    və ya aclıq günündə (möhtaca) yemək verməkdir –

    90:14
  15. يَتِيمًا ذَا مَقْرَبَةٍ

    qohumluğu çatan bir yetimə,

    90:15
  16. أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ

    yaxud (aclıqdan) yerə uzanmış kasıba!

    90:16
  17. ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ

    Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

    90:17
  18. أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ

    Onlar sağ tərəf sahibləridir.

    90:18
  19. وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ

    Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

    90:19
  20. عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ

    Onları hər tərəfdən qaplayan bir Od gözləyir.

    90:20

Tərcümə: Əlixan Musayev