Surə 91 Əş-Şəms (Şəms), ayə 1 – 7

  1. وَالشَّمْسِ وَضُحَاهَا

    And olsun günəşə və onun saçdığı şəfəqə!

    91:1
  2. وَالْقَمَرِ إِذَا تَلَاهَا

    And olsun ondan sonra zühur edən aya!

    91:2
  3. وَالنَّهَارِ إِذَا جَلَّاهَا

    And olsun (günəşi) açıqlığa çıxardan gündüzə!

    91:3
  4. وَاللَّيْلِ إِذَا يَغْشَاهَا

    And olsun (günəşi) bürüyən gecəyə!

    91:4
  5. وَالسَّمَاءِ وَمَا بَنَاهَا

    And olsun göyə və onu qurana!

    91:5
  6. وَالْأَرْضِ وَمَا طَحَاهَا

    And olsun yerə və onu döşəyənə!

    91:6
  7. وَنَفْسٍ وَمَا سَوَّاهَا

    And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

    91:7

Tərcümə: Əlixan Musayev