Surə 91 Əş-Şəms (Şəms), ayə 11 – 15

  1. كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا

    Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisini) inkar etdi.

    91:11
  2. إِذِ انْبَعَثَ أَشْقَاهَا

    Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdıqda

    91:12
  3. فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا

    Allahın elçisi onlara dedi: «Allahın bu dişi dəvəsinə (toxunmayın) və onun su içməsinə (mane olmayın)!»

    91:13
  4. فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا

    Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi.

    91:14
  5. وَلَا يَخَافُ عُقْبَاهَا

    (Allah) (günahkarlara etdiyinin) nəticəsindən çəkinməz!

    91:15

Tərcümə: Əlixan Musayev