Surə 97 Əl-Qədr (Qədr), ayə 1 – 5
-
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!
97:1 -
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
97:2 -
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
Qədr gecəsi min aydan xeyirlidir.
97:3 -
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.
97:4 -
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ
O gecə sübh açılanadək əmin-amanlıq olur.
97:5
Tərcümə: Əlixan Musayev