Mushaf, səhifə 246
-
يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini üzərlər».
12:87 -
فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ
Onlar (Yusufun) yanına girdikdə dedilər: «Ey hökm sahibi! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar».
12:88 -
قَالَ هَلْ عَلِمْتُمْ مَا فَعَلْتُمْ بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنْتُمْ جَاهِلُونَ
O dedi: «Siz nadanlığınız dövründə Yusufa və qardaşına nələr etdiyiniz yadınızdadırmı?»
12:89 -
قَالُوا أَإِنَّكَ لَأَنْتَ يُوسُفُ ۖ قَالَ أَنَا يُوسُفُ وَهَٰذَا أَخِي ۖ قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا ۖ إِنَّهُ مَنْ يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
Onlar dedilər: «Yoxsa sən özün Yusufsan?» O dedi: «Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim (Allahdan) qorxsa və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz».
12:90 -
قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ
Onlar dedilər: «Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq».
12:91 -
قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ ۖ يَغْفِرُ اللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
(Yusuf) dedi: «Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.
12:92 -
اذْهَبُوا بِقَمِيصِي هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ
Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin».
12:93 -
وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَا أَنْ تُفَنِّدُونِ
Karvan (Misir torpağından) ayrılanda ataları dedi: «Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız».
12:94 -
قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ
Onlar dedilər: «Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən».
12:95
Tərcümə: Əlixan Musayev