Mushaf, səhifə 262

  1. الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ

    Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

    15:1
  2. رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ

    Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.

    15:2
  3. ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ

    Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.

    15:3
  4. وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ

    Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi [həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi].

    15:4
  5. مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ

    Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.

    15:5
  6. وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

    (Kafirlər) dedilər: «Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.

    15:6
  7. لَوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    Əgər doğru danışanlardansansa, nəyə görə (dediyinə şahidlik edə bilən) mələkləri bizə gətirmirsən?»

    15:7
  8. مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُنْظَرِينَ

    Biz mələkləri ancaq haqqı (bərqərar etmək üçün) endiririk. O zaman kafirlərə möhlət verilməz.

    15:8
  9. إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

    Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.

    15:9
  10. وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ

    Biz səndən öncə də əvvəlki millətlərə (elçilər) göndərmişdik.

    15:10
  11. وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.

    15:11
  12. كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ

    Beləcə, Biz (küfrü) günahkarların qəlbinə yeridirik.

    15:12
  13. لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ

    Onlar (hələ də) (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.

    15:13
  14. وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ

    Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,

    15:14
  15. لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَسْحُورُونَ

    (yenə də inanmayıb:) «Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik» – deyərdilər.

    15:15

Tərcümə: Əlixan Musayev