Mushaf, səhifə 455

  1. وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ

    Biz göyü, yeri və onların arasındakıları nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!

    38:27
  2. أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ

    Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?!

    38:28
  3. كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ

    (Bu) mübarək Kitabı sənə nazil etdik ki, (insanlar) onun ayələrini düşünüb anlasınlar və ağıl sahibləri də ondan ibrət götürsünlər.

    38:29
  4. وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

    Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim (Allaha) üz tutardı.

    38:30
  5. إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ

    Bir dəfə axşam çağı ona (üç ayağı üstündə durub bir ayağının) dırnağını yerə vuran, qaçağan atlar göstərildi.

    38:31
  6. فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ

    (Süleyman) dedi: «Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – (atlar məni əsr namazından yayındırdı)».

    38:32
  7. رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ

    (Süleyman): «Onları yanıma qaytarın!» – dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı.

    38:33
  8. وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ

    Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.

    38:34
  9. قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ

    O dedi: «Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.

    38:35
  10. فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ

    Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi.

    38:36
  11. وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ

    Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları

    38:37
  12. وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ

    və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)

    38:38
  13. هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ

    (və buyurduq:) «Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır».

    38:39
  14. وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ

    Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

    38:40
  15. وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ

    Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: «Şeytan mənə bəla və əzab toxundurmuşdur!»

    38:41
  16. ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ

    (Biz ona dedik): «Ayağını (yerə) vur! Budur yuyunmaq və içmək üçün sərin su!»

    38:42

Tərcümə: Əlixan Musayev