Mushaf, səhifə 502

  1. وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri (əzab) onları bürüyəcək

    45:33
  2. وَقِيلَ الْيَوْمَ نَنْسَاكُمْ كَمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ

    və (onlara) deyiləcək: «Siz bu gününüzə yetişəcəyinizi unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin qərar tutacağınız yer Cəhənnəmdir. Sizə yardım edənlər də olmayacaq.

    45:34
  3. ذَٰلِكُمْ بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ

    Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı». Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaq.

    45:35
  4. فَلِلَّهِ الْحَمْدُ رَبِّ السَّمَاوَاتِ وَرَبِّ الْأَرْضِ رَبِّ الْعَالَمِينَ

    Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!

    45:36
  5. وَلَهُ الْكِبْرِيَاءُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

    Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.

    45:37
  6. حم

    Ha. Mim.

    46:1
  7. تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

    Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

    46:2
  8. مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۚ وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنْذِرُوا مُعْرِضُونَ

    Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.

    46:3
  9. قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِنْ قَبْلِ هَٰذَا أَوْ أَثَارَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ

    De: «Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin.»

    46:4
  10. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

    Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə yalvaran kimsədən daha çox azmış kim ola bilər?! Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər.

    46:5

Tərcümə: Əlixan Musayev