Mushaf, səhifə 506
-
وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنْصِتُوا ۖ فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَىٰ قَوْمِهِمْ مُنْذِرِينَ
Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə): «Susun, (qulaq asaq)!» – dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.
46:29 -
قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنْزِلَ مِنْ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُسْتَقِيمٍ
Onlar dedilər: «Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!
46:30 -
يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُجِرْكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ
Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, (Allah) sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!»
46:31 -
وَمَنْ لَا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِنْ دُونِهِ أَوْلِيَاءُ ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ مُبِينٍ
Allahın dəvətçisini qəbul etməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.
46:32 -
أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ ۚ بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan (Allahın) ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, hər şeyə qadirdir.
46:33 -
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
Kafirlər atəşin qarşısına gətiriləcəkləri gün (onlara:) «Məgər bu, həqiqət deyilmi?!» – (deyiləcək). Onlar: «Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir!)» – deyəcəklər. (Onda) (onlara belə) deyiləcək: «Küfr etdiyinizə görə dadın əzabı!»
46:34 -
فَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنْ نَهَارٍ ۚ بَلَاغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ
Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar özlərinə vəd olunanı görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. (Bu), bir təbliğdir. Heç fasiq adamlardan başqası məhv edilərmi?!
46:35
Tərcümə: Əlixan Musayev