Mushaf, səhifə 513

  1. قُلْ لِلْمُخَلَّفِينَ مِنَ الْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُولِي بَأْسٍ شَدِيدٍ تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِنْ تُطِيعُوا يُؤْتِكُمُ اللَّهُ أَجْرًا حَسَنًا ۖ وَإِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُمْ مِنْ قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا

    Geri qalan bədəvilərə de: «Siz çox qüvvətli bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər».

    48:16
  2. لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ ۗ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَمَنْ يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا

    (Döyüşə getməməkdə) kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.

    48:17
  3. لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا

    Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.

    48:18
  4. وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا ۗ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

    Üstəlik alacaqları çoxlu qənimətə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir.

    48:19
  5. وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَٰذِهِ وَكَفَّ أَيْدِيَ النَّاسِ عَنْكُمْ وَلِتَكُونَ آيَةً لِلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَاطًا مُسْتَقِيمًا

    Allah sizə götürəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunları sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin.

    48:20
  6. وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا

    Ələ keçirə bilmədiyiniz başqa qənimətlər də (var). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.

    48:21
  7. وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا

    Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.

    48:22
  8. سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

    Allahın əzəldən müəyyənləşdirdiyi qanunu belədir. Sən Allahın qanununda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.

    48:23

Tərcümə: Əlixan Musayev