Mushaf, səhifə 518
-
ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ
Qaf. Şərəfli Qurana and olsun!
50:1 -
بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ
Xeyr, onlar öz aralarından qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: «Bu çox qəribə bir şeydir.
50:2 -
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ
Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!»
50:3 -
قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ
Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə (hər şeyi) qoruyan bir Kitab vardır.
50:4 -
بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ
Lakin haqq onlara yetişdikdə onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
50:5 -
أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
50:6 -
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.
50:7 -
تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ
(Bunu,) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik).
50:8 -
وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ
Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
50:9 -
وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ
Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik).
50:10 -
رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ
Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.
50:11 -
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud (tayfası elçiləri) yalançı saydı.
50:12 -
وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ
Ad (qövmü), Firon (xalqı), Lut tayfası,
50:13 -
وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ
Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
50:14 -
أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِنْ خَلْقٍ جَدِيدٍ
Məgər Biz ilk yaradılışdan zəiflədikmi?! Xeyr! Onlar yeni yaradılış olan (dirilmə) barəsində şübhə içindədirlər.
50:15
Tərcümə: Əlixan Musayev