Mushaf, səhifə 55

  1. هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

    Elə oradaca Zəkəriyya Rəbbinə dua edib dedi: «Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən.»

    3:38
  2. فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ

    (Zəkəriyya) mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: «Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir.»

    3:39
  3. قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ

    O dedi: «Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?» (Allah) buyurdu: «Elədir, (lakin) Allah istədiyini edər.»

    3:40
  4. قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

    O dedi: «Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et.» (Allah) buyurdu: «Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. (Həmin vaxt) Rəbbini çox yad et və səhər-axşam (Onun şəninə) təriflər de!»

    3:41
  5. وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ

    Bir zaman mələklər demişdilər: «Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün etdi.

    3:42
  6. يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ

    Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et!»

    3:43
  7. ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

    Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. (İsrail oğullarından) hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin.

    3:44
  8. إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ

    O zaman mələklər demişdilər: «Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardandır.

    3:45

Tərcümə: Əlixan Musayev