Mushaf, səhifə 575

  1. إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

    Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisinə yaxın qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi bildiyi üçün, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

    73:20
  2. يَا أَيُّهَا الْمُدَّثِّرُ

    Ey (libasına) örtünmüş (peyğəmbər)!

    74:1
  3. قُمْ فَأَنْذِرْ

    Qalx və (insanları) xəbərdar et!

    74:2
  4. وَرَبَّكَ فَكَبِّرْ

    Təkcə Rəbbini uca tut!

    74:3
  5. وَثِيَابَكَ فَطَهِّرْ

    Geyimini təmiz saxla!

    74:4
  6. وَالرُّجْزَ فَاهْجُرْ

    Pis şeyləri tərk et!

    74:5
  7. وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ

    Yaxşılığı təmənna məqsədilə etmə!

    74:6
  8. وَلِرَبِّكَ فَاصْبِرْ

    Rəbbin üçün səbir et!

    74:7
  9. فَإِذَا نُقِرَ فِي النَّاقُورِ

    Sur üfürülərkən –

    74:8
  10. فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

    Çətin bir gün olacaq.

    74:9
  11. عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ

    (Həmin gün) kafirlərə asan olmayacaq.

    74:10
  12. ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا

    Məni yaratdığım kimsə ilə tək burax;

    74:11
  13. وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا

    Mən ona çoxlu var-dövlət bağışladım,

    74:12
  14. وَبَنِينَ شُهُودًا

    qayğısına qalan oğullar (verdim)

    74:13
  15. وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا

    və onu hər cür imkanlarla təmin etdim.

    74:14
  16. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

    (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır.

    74:15
  17. كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا

    Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.

    74:16
  18. سَأُرْهِقُهُ صَعُودًا

    Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.

    74:17

Tərcümə: Əlixan Musayev