Mushaf, səhifə 578

  1. كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ

    Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı) sevir,

    75:20
  2. وَتَذَرُونَ الْآخِرَةَ

    Axirətdən isə uzaqlaşırsınız.

    75:21
  3. وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ

    O gün (bir çox) üzlər parlayacaq

    75:22
  4. إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

    və öz Rəbbinə baxacaqdır.

    75:23
  5. وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ

    O gün (bir çox) üzlər də tutulub qaralacaq

    75:24
  6. تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ

    və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

    75:25
  7. كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ

    Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;

    75:26
  8. وَقِيلَ مَنْ ۜ رَاقٍ

    «Kim (onu) dua ilə müalicə edə bilər?» – deyiləcək.

    75:27
  9. وَظَنَّ أَنَّهُ الْفِرَاقُ

    (Can verən adam) (dünya həyatından) ayrıldığını yəqin edəcəyi

    75:28
  10. وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ

    və ayaq ayağa dolaşacağı zaman –

    75:29
  11. إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ

    o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.

    75:30
  12. فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

    O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.

    75:31
  13. وَلَٰكِنْ كَذَّبَ وَتَوَلَّىٰ

    (Haqqı) (da) yalan saydı və üz döndərdi.

    75:32
  14. ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ

    Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.

    75:33
  15. أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

    Vay sənin halına, vay!

    75:34
  16. ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

    Yenə də vay sənin halına, vay!

    75:35
  17. أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى

    Yoxsa insan özbaşına qoyulacağını güman edir?!

    75:36
  18. أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَىٰ

    Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?

    75:37
  19. ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ

    Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı.

    75:38
  20. فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ

    Ondan da bir cüt kişi və qadın yaratdı.

    75:39
  21. أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ

    Məgər O, ölüləri diriltməyə qadir deyilmi?

    75:40
  22. هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا

    Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

    76:1
  23. إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

    Biz insanı qarışıq nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

    76:2
  24. إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

    Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

    76:3
  25. إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا

    Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

    76:4
  26. إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا

    Sözsüz ki, yaxşılar kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.

    76:5

Tərcümə: Əlixan Musayev