Mushaf, səhifə 58

  1. إِنَّ هَٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

    Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmət sahibidir.

    3:62
  2. فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ

    Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.

    3:63
  3. قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ

    De: «Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.» Əgər onlar yenə üz çevirsələr, deyin: «Şahid olun ki, biz müsəlmanlarıq!»

    3:64
  4. يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ ۚ أَفَلَا تَعْقِلُونَ

    Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? (Halbuki,) Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?

    3:65
  5. هَا أَنْتُمْ هَٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

    Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilməzsiniz!

    3:66
  6. مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

    İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.

    3:67
  7. إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ

    Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur.

    3:68
  8. وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. (Halbuki,) yalnız özlərini azdırır və (bunu) anlamırlar.

    3:69
  9. يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ

    Ey Kitab əhli, (haqqa) şahid olduğunuz halda, nə üçün Allahın ayələrinə küfr edirsiniz?

    3:70

Tərcümə: Əlixan Musayev