Mushaf, səhifə 582

  1. عَمَّ يَتَسَاءَلُونَ

    Onlar nə barədə bir-birindən soruşurlar?

    78:1
  2. عَنِ النَّبَإِ الْعَظِيمِ

    Böyük bir xəbər barəsində –

    78:2
  3. الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ

    (elə bir xəbər) ki, onlar onun haqqında ziddiyyətdədirlər.

    78:3
  4. كَلَّا سَيَعْلَمُونَ

    Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) hökmən biləcəklər!

    78:4
  5. ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

    Bir daha xeyr! Onlar hökmən biləcəklər!

    78:5
  6. أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا

    Məgər Biz yeri yataq etmədikmi?

    78:6
  7. وَالْجِبَالَ أَوْتَادًا

    Dağları da payalar?

    78:7
  8. وَخَلَقْنَاكُمْ أَزْوَاجًا

    Biz sizi cüt yaratdıq.

    78:8
  9. وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا

    Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.

    78:9
  10. وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا

    Gecəni örtük etdik,

    78:10
  11. وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا

    gündüzü isə ruzi qazanmaq vaxtı.

    78:11
  12. وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا

    Üstünüzdə yeddi möhkəm (göy) qurduq

    78:12
  13. وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا

    və çox parlaq bir çıraq yaratdıq.

    78:13
  14. وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا

    Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,

    78:14
  15. لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا

    onunla toxum və (digər) bitkilər yetişdirək,

    78:15
  16. وَجَنَّاتٍ أَلْفَافًا

    habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).

    78:16
  17. إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا

    Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

    78:17
  18. يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

    Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

    78:18
  19. وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا

    (O gün) göyün qapıları açılacaq.

    78:19
  20. وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا

    Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.

    78:20
  21. إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا

    Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.

    78:21
  22. لِلطَّاغِينَ مَآبًا

    O, həddi aşanların qayıdacağı yerdir.

    78:22
  23. لَابِثِينَ فِيهَا أَحْقَابًا

    Onlar orada əsrlər boyu qalacaqlar.

    78:23
  24. لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

    Onlar orada nə bir sərinlik, nə də (sərinləşdirici) içki dadacaqlar.

    78:24
  25. إِلَّا حَمِيمًا وَغَسَّاقًا

    (İçdikləri) yalnız qaynar su və irin (olacaq) –

    78:25
  26. جَزَاءً وِفَاقًا

    (etdikləri əməllərə) uyğun bir cəza kimi.

    78:26
  27. إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا

    Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər.

    78:27
  28. وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا

    Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.

    78:28
  29. وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا

    Biz hər bir şeyi hesablayıb yazmışıq.

    78:29
  30. فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا

    Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

    78:30

Tərcümə: Əlixan Musayev