Mushaf, səhifə 83
-
وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Ehtiraslarına uyanlar isə sizin (haqq) yoldan büsbütün çıxmanızı istəyirlər.
4:27 -
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ ۚ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.
4:28 -
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir.
4:29 -
وَمَنْ يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
Kim düşmənçilik və zülm etməklə bu işləri görərsə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asandır.
4:30 -
إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا
Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin (kiçik) günahlarınızdan keçər və sizi şərəfli bir yerə – (Cənnətə) daxil edərik.
4:31 -
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
Allahın sizi, bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi bilir.
4:32 -
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ ۚ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan (öz paylarını alacaq) varislər təyin etdik. Əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir.
4:33
Tərcümə: Əlixan Musayev