Mushaf, səhifə 98
-
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
Səndən qadınlar haqqında fitva istəyirlər. De: «Onlar haqqında fitvanı sizə Allah verir: «Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmiş (mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin.» Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.
4:127 -
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.
4:126 -
وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۗ وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا
Muhsin olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi (Özünə) (yaxın) dost tutmuşdur.
4:125 -
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyindəki oyuq qədər haqsızlıq edilməz.
4:124 -
لَيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır.
4:123 -
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
4:122
Tərcümə: Əlixan Musayev