Surə 101 Əl-Qariə (Qariə), ayə 1 – 11
-
الْقَارِعَةُ
(Qəlbləri) (qorxuya salan) Qariə!
101:1 -
مَا الْقَارِعَةُ
Nədir Qariə?
101:2 -
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ
Sən nə bilirsən ki, nədir Qariə?
101:3 -
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ
O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr tək olacaqlar.
101:4 -
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ
Dağlar isə didilmiş yun görkəmi alacaq.
101:5 -
فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ
(O gün) kimin tərəziləri ağır gələrsə,
101:6 -
فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ
xoşbəxt güzəran sürəcək.
101:7 -
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ
Kimin tərəziləri yüngül gələrsə,
101:8 -
فَأُمُّهُ هَاوِيَةٌ
məskəni Haviyə olacaq.
101:9 -
وَمَا أَدْرَاكَ مَا هِيَهْ
Sən nə bilirsən ki, o (Haviyə) nədir?
101:10 -
نَارٌ حَامِيَةٌ
O, çox qızmar bir oddur!
101:11
Tərcümə: Əlixan Musayev