Surə 102 Ət-Təkasur (Təkasur)

  1. أَلْهَاكُمُ التَّكَاثُرُ

    Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,

    102:1
  2. حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ

    nəhayət, qəbirləri ziyarət etdiniz.

    102:2
  3. كَلَّا سَوْفَ تَعْلَمُونَ

    Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!

    102:3
  4. ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ

    Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!

    102:4
  5. كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ

    Xeyr! Kaş ki, yəqin biləydiniz.

    102:5
  6. لَتَرَوُنَّ الْجَحِيمَ

    Siz Cəhənnəmi mütləq görəcəksiniz!

    102:6
  7. ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ

    Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

    102:7
  8. ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ

    Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.

    102:8

Tərcümə: Əlixan Musayev