Surə 15 Hicr (Əl-Hicr), ayə 26 – 36

  1. وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

    Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.

    15:26
  2. وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ

    Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.

    15:27
  3. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

    Bir zaman Rəbbin mələklərə dedi: «Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!

    15:28
  4. فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

    Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!»

    15:29
  5. فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

    Mələklərin hamısı (ona) səcdə etdilər.

    15:30
  6. إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ

    Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.

    15:31
  7. قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ

    (Allah) dedi: «Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?»

    15:32
  8. قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

    (İblis) dedi: «Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!»

    15:33
  9. قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

    (Allah) dedi: «Oradan çıx! Artıq sən qovuldun.

    15:34
  10. وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ

    Haqq-hesab gününə qədər sənə lənət olacaqdır».

    15:35
  11. قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

    (İblis) dedi: «Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver».

    15:36

Tərcümə: Əlixan Musayev