Surə 15 Hicr (Əl-Hicr), ayə 61 – 71
-
فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ
Elçilər Lut əhlinin yanına gəldikdə
15:61 -
قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ
o dedi: «Siz yad adamlarsınız!»
15:62 -
قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ
Onlar dedilər: «Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik.
15:63 -
وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ
Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
15:64 -
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın».
15:65 -
وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ
Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
15:66 -
وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ
Şəhər əhalisi bir-birini muştuluqlayaraq (onun yanına) gəldilər.
15:67 -
قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ
(Lut) dedi: «Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
15:68 -
وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ
Allahdan qorxun və məni hörmətdən salmayın!»
15:69 -
قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ
Onlar dedilər: «Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?»
15:70 -
قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ
O dedi: «Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, (onlarla evlənin)!»
15:71
Tərcümə: Əlixan Musayev