Surə 15 Hicr (Əl-Hicr), ayə 80 – 84
-
وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ
Hicr əhli də elçiləri yalançı saydı.
15:80 -
وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ
Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər.
15:81 -
وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ
Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
15:82 -
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
Onları sübh çağı qorxunc səs yaxaladı.
15:83 -
فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi.
15:84
Tərcümə: Əlixan Musayev