Surə 16 Ən-Nəhl (Nəhl), ayə 51 – 60

  1. وَقَالَ اللَّهُ لَا تَتَّخِذُوا إِلَٰهَيْنِ اثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ ۖ فَإِيَّايَ فَارْهَبُونِ

    Allah: «İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!» – dedi.

    16:51
  2. وَلَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَهُ الدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ اللَّهِ تَتَّقُونَ

    Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz?

    16:52
  3. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ

    Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız.

    16:53
  4. ثُمَّ إِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ إِذَا فَرِيقٌ مِنْكُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ

    Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur.

    16:54
  5. لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا ۖ فَسَوْفَ تَعْلَمُونَ

    Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə (belə edirlər). (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.

    16:55
  6. وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِمَّا رَزَقْنَاهُمْ ۗ تَاللَّهِ لَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَفْتَرُونَ

    Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.

    16:56
  7. وَيَجْعَلُونَ لِلَّهِ الْبَنَاتِ سُبْحَانَهُ ۙ وَلَهُمْ مَا يَشْتَهُونَ

    Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər.

    16:57
  8. وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثَىٰ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

    Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır.

    16:58
  9. يَتَوَارَىٰ مِنَ الْقَوْمِ مِنْ سُوءِ مَا بُشِّرَ بِهِ ۚ أَيُمْسِكُهُ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ ۗ أَلَا سَاءَ مَا يَحْكُمُونَ

    Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!

    16:59
  10. لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ مَثَلُ السَّوْءِ ۖ وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَىٰ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

    Yaramaz sifət axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.

    16:60

Tərcümə: Əlixan Musayev